Əsas Səhifə > Güney Press / Ana xəbər > “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib”
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib”Bu gün, 10:10 |
İmişlidə baş verən məlum bayraq məsələsi çoxunun adını belə bilmədiyi Azərbaycan Ağsaqqallar Şurası adlı təşkilatı gündəmə gətirdi. Maraqlıdır,ölkə başçısı İlham Əliyev cənablarının 9 may Qələbə Günü münasibəti ilə Rusiyaya getməkdən imtina etdiyi eyni gündə “Ağsaqqallarımız” İmişlidə rus bayrağı altında bayram edib,dövlət siyasətinə qarşı “demarş” nümayiş etdiriblər. Qeyd edək ki,sözügedən təşkilatın başında 6 dəfə deputat seçilmiş, adı bir çox qalmaqallı hadisələrdə hallanan Kooperasiya Universitetinin rektoru, hələ SSRİ illərindən “Azərittifaq” adlı təşkilata başçılıq etmiş Eldar Quliyev durur. Sosial şəbəkə üzərindən xırda bir axtarış apardıqda bir çox neqativ hallarda adı çəkilən təşkilatın İmişlidəki kimi rayon təşkilatı və Saleh Səmədov kimi də sədri olar. Yaxalarına “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da deyəsən “gedib”.Unudublar ki,bu lent II Yekaterina tərəfindən Rusiya-Türkiyə savaşında döyüşən rus əsgərlərinin yaxasına taxılıb. Səmədov isə çıxıb deyir ki, niyə Türkiyə bayrağına heç nə demirsiz, SSRİ bayrağına etiraz edirsiz? "DİA-AZ" 1xəbər.media-nın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə,Saleh Səmədovun tabe olduğu şəxs-Eldar Quliyevin rəhbərlik etdiyi təşkilat dövlətdən 300 min manata yaxın vəsait alır.Amma deyəsən bu azmış kimi cənab Quliyev özünə məxsus binanı sədri olduğu Azərbaycan Ağsaqqallar Şurasına icarəyə verib.Ayda isə dövlətdən daha 10 min manat alıb səfasını sürür. Ağsaqqqallar hər zaman gənclərə örnək olmalı,nəsihət verməli olduğu halda İmişlidəki hadisə göstərdi ki, heç də hər zaman belə olmur.Çoxlarının ziyansız gördüyü belə təşkilatlar kimlərinsə əlində gözlənilmədən təhlükəli siyasi alətə çevrilə bilir…. Geri qayıt |