Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Paşinyan komandasına xəbərdarlıq etdi:
Əsas Səhifə > Güney Press > Paşinyan komandasına xəbərdarlıq etdi:

Paşinyan komandasına xəbərdarlıq etdi:


Bu gün, 10:19
Paşinyan komandasına xəbərdarlıq etdi:
Yaxın vaxtlarda Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyəti və hökumət ciddi dəyişikliklər gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Erməni nəşri bildirir ki, Baş nazir Nikol Paşinyan bütün qurumlarda ciddi dəyişikliklər etmək qərarına gəlib:

“Məlumata görə, son həftələrdə dövlət qurumlarında gərgin ab-hava hökm sürür. Müxtəlif strukturlarda irimiqyaslı yoxlamalar aparılır. Əvvəlki illərlə bağlı hesabatlar və rəsmi yazışmalar da daxil olmaqla, çoxsaylı sənədlər tələb olunur. Dosyelər toplanaraq Paşinyana şəxsən təqdim olunur.

Xüsusilə dövlət qurumlarında ciddi gərginlik var. Qurumların əməkdaşlara müxtəlif dairələrdən zənglər gəlir ki, sənədlərini qaydasına salsınlar və sürprizlərə hazır olsunlar.

Əldə etdiyimiz məlumata görə, baş nazir artıq komanda yoldaşlarına prosedurlara ciddi əməl etmələri və diqqətli olmaları barədə açıq şəkildə xəbərdarlıq edib.

Hökumət daxilindəki genişmiqyaslı “təmizləmə əməliyyatı”nın nə qədər uzağa gedəcəyi və hədəfin kimlər olacağı hələlik bəlli deyil. Ancaq baş nazirin nəzarət rıçaqlarını işə salması və komanda daxilində təmizləmə aparmaqda ciddi olması faktdır”.

Geri qayıt