Əsas Səhifə > Güney Press > "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa

"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa


Dünən, 13:58
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa
30 iyun 2025-ci il tarixində saat 10.00-da "Bakı Elektroştamp" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.

Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər daxildir:

1. "Bakı Elektroştamp" ASC-nin Müşahidə Şurasının seçilməsi;

2. "Bakı Elektroştamp" ASC-nin 2024-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, Səhmdar Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Geri qayıt