Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı?
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı?Bu gün, 07:15 |
![]() Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibə verib. Globalinfo.az xəbər verir ki, Paşinyan Azərbaycanın şərtini qəbul edib: “Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması barədə şərti ilə razıyıq”. O bildirib ki, bu, ümumilikdə, rəsmi İrəvan üçün qəbulediləndir: “Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti, belə demək olarsa, bu, münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil. Bunun da həlli yolu var. Bunun üçün bizim təklif etdiyimiz yol budur ki, sülh razılaşması və ATƏT-ə Minsk qrupunun buraxılması barədə müraciət eyni yerdə, eyni vaxtda imzalansın”. Ermənistan Baş nazirinin fikrincə, bu, qarşılıqlı etimadın yaradılması və bölgədə stabilliyin qorunması üçün mühüm jest olardı. N. Paşinyan Azərbaycan-Ermənistan sülh sazişinin bəzi bəndlərini açıqlayıb. O, deyib ki, Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur: “Biz qüvvədə olan konstitusiyanı təhlil etmişik. Azərbaycanın hansı məsələləri qaldırdığını bilirik. Amma bu, açıq-aşkardır və bizim Konstitusiya Məhkəməsi də bu barədə qərar verib ki, qüvvədə olan Ermənistan konstitusiyasına görə, ölkəmizin qonşularına qarşı heç bir ərazi iddiası yoxdu. Bu məqam hüquqi cəhətdən də təsdiq olunub”. O bildirib ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində də bu məqam aydın şəkildə əksini tapıb: “Orada deyilir ki, Ermənistan və Azərbaycan Almatı deklarasiyası əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu fakta əsaslanır ki, sovet respublikalarının inzibati sərhədləri bu gün dövlət sərhədlərinə çevrilib. Bu o deməkdir ki, bu gün Sovet Azərbaycanı müstəqil Azərbaycan, Sovet Ermənistanı isə müstəqil Ermənistandır. Bu, ilk vacib faktdır. Bundan başqa, sülh sazişindəki başqa bir maddədə də deyilir: Ermənistanın və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və onlar gələcəkdə də belə tələblərin qaldırılmaması ilə bağlı öhdəlik götürürlər”. N.Paşinyan fatiki olaraq bu gün həm Ermənistan, həm də Azərbaycanda qaldırılan məsələlərin həmin sülh sazişinin mətnində həllini tapdığını vurğulayıb. O söyləyib ki, sülh sazişindəki başqa bir maddəyə görə, sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəf onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcək.: “Sülh razılaşması imzalandan sonra, Ermənistan öz qanunvericiliyinə əsasən, bu layihənin konstitusiyamıza uyğun olub-olmadığını müəyyən etmək üçün onu Konstitusiya Məhkəməsində göndərəcək. Məhkəmə sazişin konstitusiyaya tam uyğun olduğunu müəyyən edərsə, bu o deməkdir ki, sözügedən sənədin Ermənistan parlamentində ratifikasiyası üçün heç bir əngəl yoxdur. Saziş parlamentdə ratifikasiya olunandan sonra bizim konstitusiyanın başqa bir maddəsi qüvvəyə minəcək. Orada deyilir ki, ratifikasiya olunmuş beynəlxalq müqavilələr ali hüquqi qüvvəyə malıidkir və yerli qanunlardan üstündür”. Baş nazirin sözlərinə görə, Ermənsitanda da Azərbaycan Konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddialarının olduğu ilə bağlı narahatlıqlar dilə gətirilir. Onun fikrincə, hər iki ölkədə naharatlıqlara son qoymağın ən qısa yolu sülh sazişini imzalamaqdır: “Çünki müqavilə imzalanandan və hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra bu məsələ ən ali səviyyədə qanuniləşdiriləcək ki, Ermənistanın Azərbaycana və ümumiyyətlə heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur”. Geri qayıt |