Əsas Səhifə > Güney Press > Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir

Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir


15-05-2025, 17:22
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir
Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş “Gəmiqaya Avtonəqliyyat”, “Avtonax MR” və “Avto GL” şirkətləri ləğv edilir.

“DİA-AZ” bu barədə “iqtisadiyyat.az”a istinadən xəbər verir. Məlumata görə, ləğv olunduğunu elan edən şirkətlər kreditorlarına müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, CəliМ‡l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Gəmiqaya Avtonəqliyyat” 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050,14 manatdır. “Avtonax MR” 2023-cü ildə 14 142.26 manat nizamnamə kapitalı ilə, “Avto GL” isə 2023-cü ildə 241937 manat nizamnamə kapitalı ilə yaradılıb.

Şirkətlər bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”in tabeçiliyində olub.

Geri qayıt