Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilərDünən, 17:07 |
![]() Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana mümkün səfəri hazırda gündəmdə olan əsas siyasi mövzulardan birinə çevrilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, səfərlə bağlı müzakirələr aparılır və zaman yetişdikdə bu barədə ətraflı məlumat veriləcək. Zaxarovanın bu açıqlaması həm regionda, həm də beynəlxalq səviyyədə müxtəlif ehtimalları gündəmə gətirib. Ermənistanın son dövrlər Qərblə yaxınlaşma cəhdləri, Rusiyanın narazılığı və regional geosiyasi reallıqlar fonunda Lavrovun səfəri sıradan bir diplomatik addım deyil, əksinə, mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Politoloq Elçin Xalidbeyli Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb. "Görünür ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri Ermənistanın gələcək talehini birbaşa müəyyənləşdirəcək. Çünki son vaxtlar Ermənistanın ABŞ və Qərbdən dəstəyi zəifləməyə başlayıb. Paşinyan hakimiyyəti anlayır ki, Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb və Rusiyanın hiddətləndiyi bir dövrdə onunla ilə qarşıdurma təhlükəlidir. Buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Qələbənin 80 illiyi münasibətilə keçirilən paradda iştirak etdi. Sözügedən hadisə göstərir ki, Ermənistan taleyüklü seçim qarşısındadır. Əgər İrəvan yenidən Moskvanın orbitinə qayıtmasa, yaxınlaşan parlament seçkisi ərəfəsində Rusiya kəşfiyyatının Ermənistanda dövlət çevrilişi etmə ehtimalı yüksəkdir. Çünki Rusiyaya bağlı kilsə və Qarabağ klanının idarə etdiyi radikal-revanşist düşərgə artıq bu seçkilər ərəfəsində Paşinyan hakimiyyətini devirməyə hazırlaşdığını gizlətmir. Bu baxımdan, Ermənistanda dövlət çevrilişi baş verə bilər. Buna görə də Ermənistan yenidən Rusiya ilə münasibətlərini normallaşdırır. Bu istiqamətdə müəyyən addımlar atır. Əgər belə davam edərsə, Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər". Ekspert əlavə edib ki, Kreml bundan sonraki dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirmək istəyir: "Paşinyan hakimiyyəti nə qədər müqavimət göstərsə də, Ermənistan yenidən Rusiyanın nəzarəti altına keçmiş olacaq. Hətta Kreml bundan sonrakı dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirməyə cəhd edəcək". Geri qayıt |