Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır
Əsas Səhifə > Güney Press > Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır

Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır


Dünən, 19:00
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Tehran Dialoq Forumu 2025”də iştirak etmək üçün mayın 16-da İrana səfər edəcək.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Səfər çərçivəsində işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.

Politoloq Sahil Kərimli Sherg.az-a deyib ki, son dövrlərdə İran və Azərbaycan arasındakı münasibətlərin dərinləşməsi, əməkdaşlığın daha da genişləndirilməsi İrəvanı narahat edir:

"Çünki Ermənistan bölgədə revanşist, işğalçı və radikal mövqe sərgiləyən ölkədir. İrəvan Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün hələ də ciddi təhdidlər yaradır. Bu baxımdan Ermənistanın öz riyakar və bəzi hallarda da ambisiyalı siyasət yürütməsi, o cümlədən məkrli planlarında qonşu ölkələrlə əməkdaşlığı qurmaq, onlardan dəstək almaq kimi addımları yolverilməzdir. Bu gün Ermənistan həm ABŞ, həm də İranla münasibət quraraq öz istəyinə nail olmağa çalışır. Lakin görünür ki, həmin dövlətlər artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışaraq düzgün qiymətləndirirlər. Çünki Rəsmi Bakının iqtisadi, siyasi və digər sferalardakı mövqeyi günü-gündən dərinləşir".

Politoloq qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin "Tehran Dialoq Forumu 2025"də iştirak etməsi çərçivəsində bir çox görüşlərin keçirilməsini nəzərdə tutması İrəvanın növbəti cəhdləridir:
"Həmçinin Armen Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır. Bununla da Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində konkret əngəllər yaratmaq üçün bütün yollara əl atır".

Geri qayıt