Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…”
Əsas Səhifə > Güney Press > “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…”

“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…”


Dünən, 18:06
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…”
“Türkiyənin ciddi və danılmaz nüfuzu var. Türkiyə uzun illərdir ki, ABŞ-la etibarlı müttəfiqdir, eyni zamanda yerləşdiyi bölgədə getdikcə əhəmiyyətini və nüfuzunu artırır, diplomatik bacarıqla önə çıxır. Bu aspektdən Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik rolunu üzərinə götürməsi tam təbiidir. Xüsusilə, nəzərə alınmalıdır ki, Türkiyə bundan əvvəl də vasitəçi kimi çıxış edib, müharibəni dayandırmağa təşəbbüs göstərib və hətta İstanbulda Rusiya ilə Ukrayna nümayəndə heyətlərinin görüşünün keçirilməsinə nail olub. İndi yenidən Türkiyə bu məsələdə təşəbbüs göstərir və müharibəyə son qoyulmasına diplomatik cəhd edir”.

“Reytinq” qəzetinə açıqlama verən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə əmindir ki, əgər Rusiya ilə Ukrayna Türkiyənin təşəbbüsünü qəbul edərək səmimi şəkildə müharibənin dayandırılmasına çalışarlarsa, irəliləyiş əldə etmək olar. Çünki Türkiyənin vasitəçi kimi bu prosesi obyektiv şəkildə irəli aparmaq imkanları var.

Milli Məclis üzvü bildirib ki, son illər güclənən və nüfuzu artan Türkiyə region dövlətləri tərəfindən etimad göstərilən ünvana çevrilib.

Müsahimiz hesab edir ki, müharibənin dayandırılmasına müsbət şərait yaradılmalıdır. “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə imkanları məhdudur. Bu halda tərəflərin sülhə meyl etməsi məntiqli görünərdi”,- deyə A. Mollazadə əlavə edib.

Geri qayıt