Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ukraynada döyüşən azərbaycanlı muzdlu
Ukraynada döyüşən azərbaycanlı muzdluDünən, 16:25 |
![]() Donetsk Xalq Respublikasının Ali Məhkəməsi Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşını qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, 44 yaşlı azərbaycanlı Sahib Sabir oğlu Rzayevə qarşı Cinayət Məcəlləsinin 359-cu maddəsi ilə cinayət işi açılıb. Söhbət silahlı münaqişədə muzdlu kimi iştirakdan gedir. Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq S.Rzayevi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi üçün qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. İstintaqın məlumatına görə, həmin şəxs Ukraynaya 2022-ci ildə gəlib, o, Beynəlxalq legion adlanan dəstəyə qoşulub, bundan sonra təlim keçib və cəbhəyə yollanıb. DXR prokurorluğu aydınlaşdırıb ki, azərbaycanlı bu ilin mart ayına qədər hərbi əməliyyatlarda iştirak edib və bunun üçün 2,9 milyon rubldan çox pul mükafatı alıb. Geri qayıt |