Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Mülayim şimal-qərb küləyi əsəcək
Mülayim şimal-qərb küləyi əsəcəkBu gün, 12:36 |
![]() Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "DİA-AZ"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bidirilib ki, mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq. Geri qayıt |