Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər
Əsas Səhifə > Güney Press > Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər

Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər


Bu gün, 16:11
 Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər
“Məcburi hərbi xidmətə çağırılmamaq üçün Ermənistan vətəndaşlığından imtina edən vətəndaşlarımızın sayı artır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sərkisyan deyib.

Sərkisyan statistik məlumatları da təqdim edərək qeyd edib ki, 2020-2024-cü illər ərzində 8721 vətəndaş 18 yaşına çatmamış Ermənistan vətəndaşlığından çıxıb.

“Böyük əksəriyyət 27 yaşını (hərbi xidmət üçün son yaş həddini) gözləyir ki, məcburi hərbi xidmətə getməsin”, - deputat vurğulayıb.

Hayk Sərkisyan xidmətdən yayınmanın qarşısının alınması üçün hərbi xidmət müddətinin azaldılmasını təklif edib.

Geri qayıt