Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Zelenski təşəbbüsü Putinin əlindən alıb”
“Zelenski təşəbbüsü Putinin əlindən alıb”Bu gün, 13:06 |
![]() Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı İstanbulda sülh danışıqları üçün Vladimir Putinlə şəxsən görüşməyi təklif eməklə “diplomatik qambit” həyata keçirib. AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, Putinin əlindən təşəbbüsü alan Zelenski indi Rusiya prezidentinə təzyiq edir. “30 günlük atəşkəs tələbi şənbə günü Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin Kiyevə səfəri zamanı irəli sürülüb. Britaniyanın baş naziri Kir Starmer Putinin bu təklifdən boyun qaçıracağı halda sanksiyaların sərtləşdiriləcəyini və Ukraynanın müdafiəsi üçün hərbi yardımın artırılaraq Rusiyanı danışıqlar masasına qayıtmağa təşviq edəcəyini bildirib”, - nəşr yazır. Bunun cavabında Putin Ukraynanı əvvəlki atəşkəs razılaşmalarını pozmaqda günahlandırsa da, “buna baxmayaraq” iki tərəfə mayın 15-də İstanbulda baş tuta biləcək danışıqlar üçün görüşməyi təklif etdiyini açıqladı. Qəzetin iddiasına görə, Putinin ritorikası aydın şəkildə Avropanın tələblərini rədd etmək, həm də son vaxtlara qədər Moskvaya qarşı daha yumşaq mövqe tutan Tramp administrasiyasının gözündə Moskvanın konstruktiv mövqeyi təəssüratı yaratmağa hesablanıb. Məhz bu baxımdan, Putin ABŞ administrasiyasına münaqişənin həllində göstərdiyi səylərə görə təşəkkür edib. - Trampın cavabı onu göstərir ki, bu taktika Qərbin birliyinə xələl gətirməyə müvəffəq ola bilər. Lakin onun “Truth Social” sosial şəbəkəsindəki paylaşımı həm də Moskvanın Ukraynadakı müharibədəki tələbləri ilə bağlı son günlər özəl olaraq sərgilədiyi məyusluğuna eyham vurub”, - “The Gardian” bildirib. Xatırladaq ki, mayın 11-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Kiyevə mümkün qədər tez bir zamanda birbaşa danışıqlara başlamağı təklif edib və hətta onların tarixini və yerini də deyib - mayın 15-də İstanbulda. Putinin təklifi Ukrayna, Almaniya, Fransa və Böyük Britaniyanın Rusiyadan mayın 12-dən başlayaraq ən azı 30 gün ərzində “quruda, havada və dənizdə tam, qeyd-şərtsiz atəşkəs”ə başlamasını tələb etməsindən dərhal sonra irəli sürülüb. Bunun cavabında Zelenski mayın 15-də Türkiyəyə gələcəyini və görüşmək üçün Putinin də İstanbula səfər edəcəyinə ümid bəslədiyini deyib. Geri qayıt |