Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"Bu gün, 12:47 |
![]() Mərhum reper Anar Nağılbazın ailəsi "Tarixin bir günü" verilişinə açıqlamasında sosial media üzərindən hazırda onun oğlu Tamerlana təzyiqlər göstərildiyini bildiriblər. Anar Nağılbazın keçmiş həyat yoldsaşı Anjelika Cəbiyeva vurğulayıb ki, övladının ünvanına yazılan şərhlər onun psixoligiyasına mənfi təsir edir: "Necə ki, Anarın üstünə gəlirdilər, indi də eynisini oğluna edirlər. Onun qara piarını edirlər. Sosial şəbəkədə yazıb övladımın psikologiyası ilə oynayırlar. TikTok-da video paylaşıb atasının mahnısını ifa etmişdi. Özü yazır-oxuyur. Özü üçün videolar çəkir". Mərhum reperin anası Şərqiyyə Cəbiyeva da baş verənləri təsdiqləyib: "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar. Çalışdılar ki, Anar rəhmətə getsin, ailəsi dağılsın. Həmin videonu çıxaran onun ailəsinin dağılmağında rol oynayıb. Anarı məhv edənin kim olduğunu bilirəm, amma demərəm. Gözləri götürmədiklərinə görə belə etdilər. Repi Anar yaradıb. Anardan çox istifadə etdilər. Amma o depressiyaya düşəndə heç kəs kömək etmədi, tək qaldı. Elə həmin adam da o videonu təşkil etmişdi. Anarın qəsdinə durmaq üçün videonu yayıb. Nə məqsədlə edib özü bilir. Nəvəm Tamerlana zənglər gəlir. İndi hobbi kimi replə məşğul olur. Amma əsəbiləşir. Nəvəmdən əl çəksin. Oğlum rəhmətə getdi, bundan təskinlik aldı?". Aparıcı Tarix Əliyev (Tolik) isə bununla bağlı şərh yazan sosial media istifadəçilərini tənqid edib: "Allah Anar Nağılbaza rəhmət eləsin. Bu cəmiyyət onun axırına çıxdı. Bəzrilərinin Anara yazdığı şərhlər, təhqirlər, öz evlərindən bixəbər olması, qonşunun interneti ilə sosial mediaya girib onun-bunun ailəsinə burun soxması bu nəticələrə gətirib çıxartdı". Qeyd edək ki, Anar Nağılbaz 2018-ci ilin avqust ayının 4-də vəfat edib. /Axşam.az Geri qayıt |