Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Putin və Zelenskidən Trampa müsbət cavab:
Əsas Səhifə > Güney Press > Putin və Zelenskidən Trampa müsbət cavab:

Putin və Zelenskidən Trampa müsbət cavab:


Dünən, 11:50
Putin və Zelenskidən Trampa müsbət cavab:
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək səyləri kulminasiya nöqtəsinə çatır. Dünən Ukrayna Prezidenti Volodimir Zelenski açıq şəkildə rusiyalı Vladimir Putinə İstanbulda (Türkiyə) görüşmək təklifi ilə müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Gərgin diplomatik həftəsonundan sonra Zelenski mayın 15-də İstanbula səfər edəcəyini və Putinin təşəbbüsü ilə Ukrayna-Rusiya arasında birbaşa danışıqların keçirilə biləcəyini təsdiqləyib.

Bununla belə, nəşr bildirir ki, sülh təşəbbüsü hələ də təhlükə altındadır, tərəflər arasında çoxsaylı həll olunmamış problemlər və inamsızlıq var. Zelenski və Avropa liderləri Rusiyadan bu gündən etibarən 30 günlük atəşkəsə başlamağı tələb edirlər, əks halda Moskvanı yeni sərt sanksiyalarla hədələyirlər. Onların sözlərinə görə, ABŞ bu addımları dəstəkləyəcək, baxmayaraq ki, Donald Tramp indiyədək ictimai bəyanatlarında daha ehtiyatlı davranıb. Putin bu çağırışlara hələ cavab verməsə də, İstanbul görüşünə razılıq verdiyini bəyan edib.

Nəşr qeyd edir ki, Tramp ötən həftə diplomatiya üçün yeni təkan verib və liderləri atəşkəs barədə razılığa gəlməyə çağırdı. Dünən o, yenidən Zelenskiyə və Putinə müraciət edib.

“İndi görüşək”, - Tramp “Truth Social” səhifəsində yazıb.

Böyük Britaniya da Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır, xarici işlər naziri Devid Lemmi bunu bu gün Avropa ölkələrinin təhlükəsizlik nazirlərinin Londonda ilk dəfə keçiriləcək iclasında elan etməlidir.

Bütün bunlara və Putinin İstanbul görüşünə razılıq verməsinə baxmayaraq, “Bloomberg” Moskvanın manevr etdiyini iddia edir.

Geri qayıt