Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “27 ildə ilk dəfədir mükafat alıram”
“27 ildə ilk dəfədir mükafat alıram”Dünən, 18:02 |
![]() Xəbər verdiyimiz kimi, bir qrup incəsənət xadimi Prezident mükafatına layiq görülüb. "DİA-AZ"-ın məlumatına görə, onlar arasında aktrisa Ülviyyə Əliyevanın da adı var. Bununla bağlı Axşam.az-a müsahibə verən aktrisa Prezident İlham Əliyevə təşəkkür edib. O bildirib ki, ilk dəfədir mükafat alır: "27 ildə ilk dəfədir mükafat almışam. Bu sevincimin həddi-hüdudu yoxdur. Əvvəl kimsə mükafat alanda sevinmək, qışqırmaq görürdüm. Elə bilirdim məndə də belə olacaq. Amma donub qalmışam. İlk Səidə Haqverdiyeva məlumatı verdi. Bilmirəm, donmuşam. Ölkə başçısına təşəkkür edirəm. Əliqismət Lalayev də təşəkkür edirəm ki, siyahıya adımı yazdı. Özü teatrdan getsə d,ə ona təşəkkür bildirməliyəm. Çünki siyahını o verib". Qeyd edək ki, Ü.Əliyeva bundan əvvəl Azərbaycan Dövlət Akademik Musiqili Teatrının keçmiş direktoru Əliqismət Lalayevdən şiksyət etmişdi. O, mükafatlarla bağlı heç bir siyahıya adının salınmadığını deyib: “Dörd-beş ildir gələnlər də artıq mükafat alır, amma mənim adım yenə də siyahıya salınmayıb. Bəli, gənclərin də haqqıdır, hamının haqqıdır. Bu, Prezidentin, dövlətin verdiyi mükafatdır. Biz artıq orta nəsil sayılırıq. Və məni yenə kölgədə qoyurlar”. Geri qayıt |