Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır?
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır?Dünən, 16:52 |
![]() Azərbaycanda bir sıra siyasi partiyalara dövlət tərəfindən verilən vəsait dayandırılıb. Buna səbəb onların maliyyə hesabatlarını düzgün təqdim etməməsi olub. Modern.az məsələ ilə əlaqədar Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev sorğumuza cavab olaraq bildirib ki, “Siyasi partiyalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 6 milyon manat nəzərdə tutulub və həmin vəsait qanunvericiliyə uyğun olaraq Milli Məclisdə təmsil olunan, həmçinin irəli sürdüyü namizədləri keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin təmsilçiliyi olmayan siyasi partiyalar arasında bölüşdürülür: "Qeyd edirik ki, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz. Həmin partiyalara il üzrə təqdim edilmiş maliyyə hesabatında göstərilən illik daxilolmaları nəzərə alınmaqla vəsaitin partiyalar arasında bölüşdürülməsi təmin edilir. Təqdim olunmuş hesabatda illik daxilolmaları mövcud olmayan sözügedən siyasi partiyalara vəsaitin ayrılması nəzərdə tutulmur". Geri qayıt |