Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətəDünən, 18:58 |
![]() Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsində genişmiqyaslı infrastruktur layihəsi həyata keçiriləcək. FED.az xəbər verir ki, layihə çərçivəsində birinci mərhələdə 547 fərdi yaşayış evi, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yol-küçə şəbəkəsinin tikintisi, eləcə də abadlıq işləri aparılacaq. Fondun elan etdiyi bu iri həcmli tenderin qalibi "Amazone" MMC (VÖEN: 1402350191) olub. Tenderin ümumi dəyəri 120.628.652,59 manat təşkil edir. Bu, son illərdə bölgələrdə həyata keçirilən ən iri tikinti müqavilələrindən biri hesab olunur. Tikinti işləri 855 ailənin yerləşəcəyi yeni yaşayış məntəqəsinin qurulmasını nəzərdə tutur və bu layihə məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesində mühüm addım sayılır. Qeyd edək ki, "Amazone" MMC 4 oktyabr 2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 82 “C”-də yerləşir. Nizamnamə kapitalı cəmi 100 manat olan şirkətin qanuni təmsilçisi Əbülfət Şükürov Tapdıq oğludur. Geri qayıt |