Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənilər pakistanlıların deportasiyasını tələb edir
Əsas Səhifə > Güney Press > Ermənilər pakistanlıların deportasiyasını tələb edir

Ermənilər pakistanlıların deportasiyasını tələb edir


Dünən, 15:17
Ermənilər pakistanlıların deportasiyasını tələb edir
Hindistan-Pakistan münaqişəsi fonunda pakistanlıların Ermənistandan təcili çıxarılması ilə bağlı tələblər səslənir.

Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan Teleqram kanalları və sosial şəbəkə səhifələrində irqçi çağırışlar səsləndirilib.

“Enabludatel” Teleqram səhifəsi son aylar Pakistan vətəndaşlarının Ermənistana axın etməsindən narahat olduqlarını qeyd edib.

Kanal səbəb kimi Azərbaycanı göstərib.

“Qışdan etibarən Ermənistana Pakistan vətəndaşlarının axını başlayıb. Bundan əvvəl isə on minlərlə hindistanlı miqrant kimi ölkəyə gəlirdi. Lakin Ermənistanın Milli Təhlükəsizlik Xidmətində hesab edirlər ki, hindistanlı miqrantlardan fərqli olaraq, pakistanlıların axını dostyana deyil. Əldə olunan və qismən təsdiqlənmiş əməliyyat məlumatlarına əsasən, bu prosesin Azərbaycanla birlikdə təşkil olunmuş xüsusi əməliyyat olması ehtimalı var və məqsəd Ermənistan ərazilərinin müsəlmanlar tərəfindən mənimsənilməsidir. Ermənistan hökumətinə bu vəziyyətə qarşı tədbirlər görmək tövsiyə olunub. Vəziyyət nəzarətdən çıxmaq üzrədir. Hazırda ölkədə 25 minə qədər Pakistan vətəndaşının olduğu bildirilir”, - kanal yazıb.

“Davit Bek” adlı kanal isə pakistanlıların deportasiya olunması ilə bağlı çıxış edib:

“Mən olsaydım, Ermənistandakı bütün pakistanlıları deportasiya edərdim. Pakistan - pisliklər ölkəsi hələ də Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlətdir”.

Geri qayıt