Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Həkimlərin “limit”i niyə tez bitir?
Həkimlərin “limit”i niyə tez bitir?Dünən, 12:45 |
![]() Azərbaycanda 2020-ci ildən etibarən vətəndaşlarımız İcbari Tibbi Sığorta Sistemindən faydalanır. Ancaq praktikada bu hər zaman asan olmur. Lent.az-ın əməkdaşının məlumatına görə, şikayətçilər əsasən, müayinə və əməliyyatlarla bağlı çətinlik yaşayırlar. Əsas şikayətlər isə budur: Uzun növbələr Müayinə gecikməsi Əməliyyatların gecikməsi Həkimlərin "limit dolub" cavabı. Məsələn həmin şikayətçilərdən biri dərdini belə anladır: “Səhər-səhər gedirsən saat 7-dən növbəyə durursan, saat 9-a və ya 10-a güclə növbə çatır sənə. Qeydiyyata düşürsən, deyirlər həkimin limiti dolub. Səni qəbul edə bilməyəcək. Səni sabaha saxlayırlar, sabah gəlirsən eyni vəziyyət. Günlərlə bir baş ağrısı, diş ağrısı üçün növbədə dayanırıq. Elə adamlar var ki, əməliyyata düşmək istəyir günlərlə işi uzanır. Növbə çatanda da başqa tələblər qoyulur.” Şikayətçi Vəfa Rəsulova bunları deyir: “Xəstəxanada bəzilərinin vəziyyəti təcili olur. Amma həkim deyir ki, limitim dolub”. Başqa bir şikayətçi Arzu Şahverdiyevanın dedikləri isə daha çox diqqət çəkəndir: “Analiz cavablarını düz verməyiblər. Oradan verilən cavablar ilə başqa yerdən verilənlər üst-üstə düşməyib.” Mövzu ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, vətəndaşlar icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən həkim göstərişi əsasında istənilən sayda yararlana bilərlər. Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən limit yalnız fizioterapiya xidmətlərinə və orqan transplantasiyasına tətbiq edilir. Qərara əsasən sığortaolunana 1 il ərzində fizioterapiya xidməti üzrə 30 müraciət və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərti ilə limit tətbiq edilir. Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutunda göstərilir. Planlı tibbi xidmətlər gözləmə müddəti ərzində həyata keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım zamanı gözləmə müddəti yoxdur, vətəndaşa tibbi yardım təcililiyə əsasən dərhal göstərilir” - deyə, bildirildi. Sakinlərin limitlə bağlı şikayətlərinə qurumdan belə aydınlıq gətirildi: “Ümumilikdə ambulator şəraitdə pasiyentlərin qəbulu üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmur. Yəni həkimin iş saatı (6 saat) ərzində müraciət edən hər bir pasiyent qəbul edilməli və müayinə olunmalıdır.” “Limitin tətbiqi ilə bağlı şikayətlər, "limit" anlayışının yanlış anlaşılmasından qaynaqlana bilər. Burada əslində söhbət həkimlərin müayinə etdiyi xəstə sayına görə aldıqları bonus ödənişlərinin müəyyən həddindən gedir. Yəni, bu pasiyent qəbuluna qoyulan limit deyil. Vətəndaş belə hallarla rastlaşdıqda bu barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidirlər. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-n 815 çağrı mərkəzinə zəng edə, [email protected] elektron poçt ünvanına müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bəs İcbari Tibii Sığorta ilə bağlı hansısa onlayn qeydiyyat sistemi varmı? Xəstəxanalarda vətəndaşların uzun-uzadı qəbul növbələrində gözləməsinin qarşısının alınması üçün hansı addımlar atılır sualları ilə TƏBİB-ə sorğu ünvanladıq. Aldığımız cavab isə belə oldu: TƏBIB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirdi ki, hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur: “Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə bu prosesin qurulması üçün hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər.” Ekspert Aydın Əliyev vətandaşların “müraciət limitləri ” məsələsi ilə bağlı bildirir ki, həkimlərin müayinə etdiyi xəstə sayına görə aldıqları bonus ödənişlərinin xəstələrə aidiyyəti yoxdur: “Xəstə istənilən vaxtı tibbi sığorta ilə bağlı icazəsi olan klinikalara müraciət edə bilər. Amma burda bir məsələ var ki, bunun xəstələrə aidiyyəti yoxdur. Bir aydan tez gələndə tibbi sığortadan həkimlərə maddi imkanlar verirlər. Bunun bir müsbət cəhəti var ki, sən xəstəni müalicə edirsən. O da bir aydan tez müraciət eləmir. Xəstənin istənilən vaxt icazəsi var.” Geri qayıt |