Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Astarada qeyri-adi OLAY
Astarada qeyri-adi OLAY7-05-2025, 16:00 |
![]() Astarada dünyasını dəyişən şəxsə iki fərqli ölüm şəhadətnaməsi verilib. Bununla bağlı Bizim.Media-ya Astara rayon sakini Taclı Babayeva müraciət edib. Onun sözlərinə görə 2024-cü il martın 4-də vəfat edən oğlu Orxan Babayevin ölümü ilə bağlı ailəyə məhz iki fərqli ölüm haqqında şəhadətnamə təqdim olunub. Ailəyə Qaradağ rayon Qeydiyyat şöbəsindən təqdim olunan ilk sənəddə ölüm səbəbi “dəqiqləşdirilməmiş fəaliyyət zamanı” kimi qeyri-müəyyən ölüm göstərilib. Bu sənəd 2024-cü il 7 iyun tarixinə rəsmiləşdirilib. Həmin qurumun təqdim etdiyi ikinci sənəddə isə ölüm səbəbi olaraq “digər sintetik narkotiklərlə zəhərlənmə” göstərilib və bu sənəd 2024-cü ilin 25 dekabrında imzalanıb. Ölüm səbəbinin sənədlərdə fərqli göstərilməsi və biri “təkrar” möhürü ilə təqdim olunması Taclı Babayeva və ailəsini narahat edib. Onlar bu ziddiyyətin ölüm faktında gizlədilən cinayət əməlinin ola biləcəyi ehtimalını gündəmə gətirdiyini bildirirlər. Bu səbəbdən ailə Baş Prokurorluğa rəsmi müraciət edərək, hadisənin yenidən və müstəqil ekspertiza ilə araşdırılmasını istəyib. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdik. Qurumun mətbuat katibi Ləman Hüseynzadə Bizim.Media-nın sorğusunu belə cavablandırıb: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölüm haqqında məlumat (eləcə də ölümün səbəbi) tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elekton Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür və ölüm həmin gün dövlət qeydiyyatına alınır. Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.7-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar ardıcıllıqla qeyd olunur. Ölüm haqqında akt qeydindəki məlumatlar ölüm haqqında tibbi şəhadətnaməyə uyğun qeyd edilir. Həmçinin Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Qeyd edilməlidir ki, hazirki iş üzrə O.Babayevin ölümü haqqında Səhiyyə Nazirliyindən ötürülmüş məlumatlarda ölümə səbəb olmuş xəstəlik kimi "digər sintetik narkotiklə zəhərlənmə" və "dəqiqləşdirilməmiş fəaliyyət zamanı" qeyd edilmişdir. Ölüm haqqında akt qeydində ölümün hər iki səbəbi göstərildiyindən ölüm haqqında şəhadətnamələrdə ayrı-ayrı ölüm səbəblərinin qeyd olunması ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən araşdırma aparılır. Geri qayıt |