Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakıda iki maklerə cinayət işi açıldı
Əsas Səhifə > Güney Press > Bakıda iki maklerə cinayət işi açıldı

Bakıda iki maklerə cinayət işi açıldı


7-05-2025, 15:35
Bakıda iki maklerə cinayət işi açıldı
Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıb.

"DİA-AZ" xəbər verir ki, bununla bağlı Xəzər RPİ-nin əməkdaşları tərəfindən tədbirlər görülüb.

Belə ki, müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.

Onların qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Geri qayıt