Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənistan Konstitusiyasını dəyişdirir
Əsas Səhifə > Güney Press > Ermənistan Konstitusiyasını dəyişdirir

Ermənistan Konstitusiyasını dəyişdirir


7-05-2025, 15:29
Ermənistan Konstitusiyasını dəyişdirir
Ermənistan yeni Konstitusiya layihəsi üzərində işləyir və bu layihə 10 ay ərzində hazır olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qaloyan parlamentdə keçirdiyi brifinqdə açıqlama verib.

Qaloyan Konstitusiyanın yeni mətnində müstəqillik bəyannaməsinin xaric edilib-edilməməsi məsələsinin hələ müzakirə olunduğunu söyləyib. "Biz müxtəlif variantları müzakirə edirik, amma mətn hələ də hazırlanır. Konsepsiya eynidir, bu konsepsiya çərçivəsində müxtəlif normalar üzrə müzakirələr aparılır," – deyə nazir əlavə edib.

Nazir həmçinin bu məsələnin referendumda müzakirəyə çıxarılma vaxtı ilə bağlı hələlik dəqiq bir məlumatın olmadığını bildirib.

"Mətn hazır olduqdan sonra, şübhəsiz ki, konseptual mövqeləri ictimaiyyətə təqdim edəcəyik və bu barədə geniş müzakirələr aparacağıq," – deyə Qaloyan vurğulayıb.

Geri qayıt