Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sevgilisinin saçını qırxan kişi həbs edildi
Əsas Səhifə > Güney Press > Sevgilisinin saçını qırxan kişi həbs edildi

Sevgilisinin saçını qırxan kişi həbs edildi


7-05-2025, 12:01
Sevgilisinin saçını qırxan kişi həbs edildi
Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.

"DİA-AZ" “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.

1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.

G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.

Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır.

Geri qayıt