Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Rusiyanın davranışları aydın görünür:
Əsas Səhifə > Güney Press > "Rusiyanın davranışları aydın görünür:

"Rusiyanın davranışları aydın görünür:


7-05-2025, 14:02
"Rusiyanın davranışları aydın görünür:
Bir neçə gün əvvəl Rusiyanın Həştərxan şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibindəki Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Onun Rusiyaya girişinə qadağa qoyulduğu və Rusiyadan Bakıya geri döndüyü bildirir. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi mövqeyini sərgiləyib.

Bir deputatın ölkəyə buraxılmaması, deportasiya edilməsi Azərbaycan-Rusiya münasibətləri baxımından nəyə gətirib çıxara bilər?

Bu ölkələr arası müttəfiqlik anlayışına sığırmı? Məqsəd nədir?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya tərəfin belə bir addımı bizim üçün heç də təəccüblü olmamalıdır: “Rusiya tərəfindən dəfələrlə Azərbaycana qarşı və Azərbaycan siyasətçilərinə qarşı Rusiyada rəsmi səviyyədə çox bildirməsələr də, amma müəyyən ekspertlərin dili ilə və onların hərəkətləri ilə etikadan kənar, siyasi ritorikadan uzaq fikirlər çox səsləndirilib. Bu müşahidə edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatına qarşı bu cür hərəkət edilməsi yolverilməz haldır. Bununla bağlı Azərbaycan tərəfindən yüksək səviyyədə bir fikir bildirildi. Xarici İşlər Nazirliyinin yaydığı məlumat da məhz bu məqsədlə verilən məlumatdır. Rusiyanın bu cür təxribat etməsinin əsas məqsədi, məhz Azərbaycan tərəfinin nəbzini yoxlamaq üçündür. Yəni burada əsas məsələ budur ki, "görək, Azərbaycan bizim etdiyimiz təxribata qarşı hansı reaksiya verəcək", yəni Azərbaycan adekvat addım atacaqmı? Görünür, bizi başqa dövlətlərlə səhv salıblar. Amma anlaya bilmirlər ki, Azərbaycanda bu hərəkətlərə qarşı öz reaksiyasını göstərir və göstərəcək”.

Samir Hümbətov qeyd edib ki, Rusiyanın siyasi etikadan uzaq formada Azərbaycan Milli Məclisinin deputatı Azər Badamova qarşı bu cür hərəkət etməsi verilməsi siyasi əxlaqa, etik davranışa və dövlətlərarası münasibətlərə, xüsusilə müttəfiqlik münasibətlərinin tərkibinə ziddir. Politoloqun fikrincə, Rusiya bir daha göstərmiş oldu ki, onun üçün müttəfiqlik anlayışı yalnız və yalnız onun maraqları çərçivəsində keçərlidir, əks təqdirdə Rusiya nə müttəfiqlik, nə dostluq, nə qonşuluq, nə də digər amilləri tanıyır.

Geri qayıt