Əsas Səhifə > Güney Press / Ana xəbər > Müdafiə Nazirliyi qaçan generalı Bakıya qaytara bilmir
Müdafiə Nazirliyi qaçan generalı Bakıya qaytara bilmir5-05-2014, 13:49 |
|
“Xüsusi xidmət orqanları Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, general-mayor Bağır Yusif oğlu Fətullayevin xidmət yerindən Moskva şəhərinə getməsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasındakı iş yerinə qayıtmaması faktı üzrə xidməti araşdırmaya başlayıblar”. Bu fikri Hafta.az-a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib: “Verilən məlumata görə, general Moskva şəhərində yaşayan ailəsinin yanına getmək üçün MN-nin rəhbərliyinə müraciət edib. B.Fətullayev həyat yoldaşının müalicəsi ilə əlaqədar məzuniyyət verilməsini xahiş edib. Lakin ona rəsmi icazə verilməsi gecikdiyinə görə, o, özbaşına olaraq Moskva şəhərinə gedib və bir daha geri qayıtmayıb. Bundan sonra Akademiya rəsinin vəzifələrini icra edən polkovnik-leytenant MN-nin rəhbərliyinə generalın xidməti yerinə gəlməməsi haqqında məruzə edib. Məsələnin səs-küyə səbəb olmaması üçün generalın işdən azad edilməsi haqqında qərar qəbul edilib. Onun Azərbaycan vətəndaşı olmaması səbəbindən barəsində cinayət işinin başladılması müşkülə dönüb. MN-nin rəhbərliyinin adından general Bağır Fətullayevlə bir neçə dəfə əlaqə saxlanılsa da, o, Bakıya dönməkdən imtina edib”. Artıq bir neçə gündür “xaricə qaçan general” kimi tanınan B.Fətullayevin Azərbaycan vətəndaşı olmadığı halda necə vəzifəyə götürüldüyünə gəlincə, hərbi jurnalist bildirib ki, bax bu çox maraqlı və cinayət tərkibi olan bir hadisədir. Onun sözlərinə görə, hazırda bu fakt üzrə də aşardırma aparılır. Ü.Cəfərov hesab edir ki, bu qərar Səfər Əbiyev səviyyəsində qəbul edilməyib. Qeyd edək ki, general-mayor Bağır Yusif oğlu Fətullayevin xidməti yerini özbaşına tərk edərək Moskvaya getməsi haqqında xəbər 3 may tarixində Üzeyir Cəfərov tərəfindən yayılıb. Lakin Müdafiə Nazirliyi bu faktı təkzib edərək bildirib ki, belə bir şəxs nə Azərbaycan vətəndaşıdır, nə də Silahlı Qüvvələrin Hərbi Akademiyasında çalışmır. Geri qayıt |