Əsas Səhifə > Güney Press > DSX 1,2 milyon manatlıq təkərləri bu şirkətlərdən alır

DSX 1,2 milyon manatlıq təkərləri bu şirkətlərdən alır


2-05-2025, 11:19
DSX 1,2 milyon manatlıq təkərləri bu şirkətlərdən alır
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ümumi dəyəri 1.247.738,14 manat olan üç ayrı tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, satınalmalar nəticəsində qurumun balansına ümumilikdə 3 630 ədəd avtoşin daxil olacaq.

Dövlət Xidmətinin iki tenderini "İnport" MMC udub və 1 038 ədəd avtoşin müqabilində 925.960,16 AZN dəyərində sifariş qazanıb.

Üçüncü tenderin qalibi isə “NM Stock” MMC olub. Bu şirkət minik avtomobilləri üçün 2 592 ədəd avtoşin tədarük edəcək. Müqavilənin ümumi dəyəri 321.777,98 manat təşkil edib.

Daha detallı aşağıdakı cədvəldə:

DSX 1,2 milyon manatlıq təkərləri bu şirkətlərdən alır

Geri qayıt