Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan
Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan29-04-2025, 12:23 |
![]() Bakıdakı "General Hospital" klinikası barəsində inzibati qaydada protokol tərtib olunub. "Unikal" xəbər verir ki, Səhiyyə Nazirliyi 17 mart 2025-ci ildə klinika haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikatsiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edib. Protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə protokolu əsaslı hesab edib və "General Hospital"ın 6 min manat cərimə edilməsi barəsində qərar qəbul edib. Xatırladaq ki, bir müddət əvvəl "General Hospital"da saxta sağlamlıq arayışı qalmaqalına görə cinayət işi açılmışdı. Geri qayıt |