Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Gürcüstan və Ermənistan prezidentləri görüşüblər
Əsas Səhifə > Güney Press > Gürcüstan və Ermənistan prezidentləri görüşüblər

Gürcüstan və Ermənistan prezidentləri görüşüblər


29-04-2025, 12:19
Gürcüstan və Ermənistan prezidentləri görüşüblər
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistan Respublikasına rəsmi səfəri çərçivəsində Prezident sarayında erməni həmkarı Vaaqn Xaçaturyanla görüşüb.

Gürcüstan Prezidenti Administrasiyasının yaydığı məlumata görə, təkbətək görüş zamanı tərəflər Gürcüstan-Ermənistan münasibətlərinin dostluq və tərəfdaşlıq ruhunda inkişafını, eləcə də bu əməkdaşlığın müxtəlif sahələr üzrə dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Prezident Mixail Kavelaşvili görüş zamanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Ermənistan Prezidentinə təşəkkürünü bildirib. Liderlər həmçinin regiondakı siyasi proseslərə, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının vacibliyinə dair fikir mübadiləsi aparıblar.

Görüş zamanı Gürcüstan Prezidenti Tbilisidə baş tutmuş Gürcüstan–Ermənistan–Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunaraq, bu formatın davamlılığının regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Görüş başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirərək danışıqların nəticələrinə dair ictimaiyyəti məlumatlandırıblar.

report.az

Geri qayıt