Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Əmək şəraiti ağır.. zərərli olan işlərdə...
Əsas Səhifə > Güney Press > Əmək şəraiti ağır.. zərərli olan işlərdə...

Əmək şəraiti ağır.. zərərli olan işlərdə...


29-04-2025, 09:14
Əmək şəraiti ağır.. zərərli olan işlərdə...
Azərbaycan Respublikasının müəssisə, idarə təşkilatlarında: iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır, zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir:
1, Əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
1.1. aşağı səviyyəsində - 1,04,
1.2. orta səviyyəsində -1,08
1.4. yuxarı səviyyəsində - 1,12
2. Əmək şəraiti xüsusilə ağır, xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır zərərliliyinin: 2.1. aşağı səviyyəsində - 1,16.
2.2. orta səviyyəsində - 1,20.
2.3. yuxarı səviyyəsində -1,24.
3. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən: 3.1. 20 km-dən-40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və iş yerlərində çalışan işçilərin əməkhaqqına artımın(əmsal) minimum miqdarı - 1,2.
3.2. 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilmişdir.
4. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir:
4.1. sahillə quru yol əlaqəsi olduqda - 1,4. 4.2. quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:
0,5 km-ə qədər - 1,5.
0,5 km-dən 70 km-ə qədər-1,65
70- km-dən artıq - 1,75
5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən idarə , müəssisə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük: 5.1. 1200 metrdən -1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı - 1,1. 5.2. 1500 metrdən -2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı - 1,2. 5.3.2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.fun)

Geri qayıt