Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar
Əsas Səhifə > Güney Press > Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar


29-04-2025, 09:10
Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu 44 günlük Vətən müharibəsindən sonra İran prezidentinin Bakıya ilk səfəridir.
Qeyd etmək lazımdır ki, müharibədən sonra İran hakimiyyətinin yürütdüyü ikitərəfli və regional siyasət səbəbindən tərəflər arasında gərginlik yaranmışdı. Prezident Məsud Pezeşkianın səfəri, ilk növbədə, İslam Respublikasının təqsiri səbəbindən yaranan maneələri aradan qaldırmağa yönələ bilər.
İran Prezidenti səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlama verib. Onun sözlərinə görə, İran və Azərbaycan qonşu olaraq bir-birinə çox kömək edə bilər. Məsud Pezeşkian ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək, sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin mümkünlüyünü vurğulayıb.
İran Prezidenti Pezeşkian Bakıya səfərdən əvvəl səhiyyə, müalicə, dərman, tibbi təchizat, sənaye, ticarət sahələrində əməkdaşlıq etmək istədiklərini bildirmişdi. O, mədəniyyət, idman sahələrində də iki ölkə arasında əməkdaşlığın töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Aprelin 28-də Bakıda Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüş keçirilib. Prezidentlər Birgə Bəyanat imzalayıblar. Bundan sonra onların iştirakı ilə iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanması mərasimi olub.
Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçiriləcəyini söyləyərək, iki xalq arasında qonşuluq və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir”.
Dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Azərbaycanla İran arasında mədəni əlaqələr sahəsində heç vaxt problem olmayıb. Çünki o taydan gələn qonaqlar bu tayda həmişə soydaş və dindaş kimi çox isti qarşılanıb. Bu isə Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçirilməsi məqsədini məntiqi olduğunu bir daha təsdiqləyir.
Pezeşkian İranla Azərbaycan arasında əməkdaşlıq sahələrinin genişliyini söyləyib. İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək. Pezeşkian vurğulayıb ki, Azərbaycanı yad ölkə saymır, burada özünü qərib hesab etmir.
O qeyd edib ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər. Məsud Pezeşkian bununla da İranla Azərbaycan arasındakı problemə işarə edib: “Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik”. Bunları İran hakimiyyətinin təklifləri kimi də qiymətləndirmək olar.
Beləliklə, Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün İranın hökumət başçısı səviyyəsində bir addımdır. Bu, İbrahim Rəisinin prezidentliyi dövründə başlamış əlaqələrin genişlənməsi, münasibətlərin normallaşması baxımından mühüm sayıla bilər.
Pezeşkianın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini deməsi münasibətlərin normallaşacağı istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verir. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam”, - deyə o vurğulayıb.
Bu səfər çoxdan gözlənilirdi. Ancaq müxtəlif hadisələr onun reallaşmasına mane olurdu. Bu dəfə hadisələr müsbət istiqamətdə inkişaf edirdi. İranla Azərbaycan arasında mübahisə yarada biləcək əlavə məsələlər, demək olar ki, iki ölkənin gündəliyində yoxdur. İranla ABŞ arasında artıq üç birbaşa olmayan görüş olub, dördüncünün keçiriləcəyi ilə bağlı razılıq əldə edilib. İsrail də İranın yalnız nüvə məsələsini Tehranla müzakirə etməyə hazır olduğunu bildirir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt