Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə
Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə28-04-2025, 19:02 |
![]() Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Construction Business Group” MMC (VÖEN – 1404804151) nazirliyin sifarişi əsasında Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin və Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmir işlərini həyata keçirəcək. Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən 2 mərtəbəli binanın əsaslı təmiri üçün nazirlik qalib şirkətə 413 min 932 manat 81 qəpik ödəyəcək. Qeyd edək ki, nizamnamə kapitalı 1 120 manat olan “Construction Business Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov 3 MKR, ev 9, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur. Geri qayıt |