Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi
Əsas Səhifə > Güney Press > Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi

Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi


26-04-2025, 11:48
Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi
Şuşa şəhərində bir neçə gəncin arasında yaranan mübahisə dava ilə nəticələnib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Şuşa şəhərinin Qarabağ küçəsində baş verib.

Şuşa şəhər sakini, 2003-cü il təvəllüdlü Nihad və 2004-cü il təvəllüdlü Bakı şəhər sakini Riyad birlikdə Qəbələ rayon sakini Əmraha həmin küçədə inşa edilən yeni yaşayış massivinin içərisində bədən xəsarətləri yetiriblər.

Nihad və Riyadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Şuşa şəhərindəki Yeni yaşayış massivində qardaşı Nicatla birlikdə yaşayır: “Dolanışığımızı təmin etmək üçün Şuşa şəhərində avtoyuma sexində yuyucu işləyirəm. Şuşada mühafizəçi işləyən Qəbələ rayon sakini Əmrahı təxminən hadisədən bir həftə əvvəl tanımışam”.

"Nalayiq ifadələr dediyini eşitdim"

Nihadın ifadəsinə görə, hadisə günü gecə saat 23 radələrində tanışı Riyadla birlikdə Qarabağ küçəsində xidmətdə olan Əmrahın yana gediblər: “Biz gələndə Əmrahın digər iş yoldaşı Ayxanın da orada olduğunu gördük. Bir yerdə söhbət zamanı dostum mənə pul göndərdiyinə görə bank kartı lazım oldu.

Əmrah üzərində bank kart olduğunu deyərək onu mənə verdi. Sonra pul göndərən dostuma zəng etmək üçün mobil telefonunu da verdi.

Əmrahın telefonunu götürərək pulu çıxarmaq üçün Riyadla marketin qarşısına getdik. Ayxan Əmrahın telefonuna səs atdı. Mən səsi açanda digər səs yazısı açıldı, Əmrahın mənimlə Riyadın ünvanına nalayiq ifadələr dediyini eşitdim”.

"Soruşdum ki, məni söymüsən?”

Nihad bildirib ki, Riyadla birlikdə Əmrahın yanına qayıdıb, onları niyə söydüyünü soruşub: “Əmrah “yaxşı eləmişəm” dedi. Əlimlə Əmrahın boğaz nahiyəsindən itələdim, nəyə görə məni söydüyünü soruşdum. Əmrah bu dəfə içkili olduğunu dedi, üzr istədi. Bundan sonra getdim.

Həmin gün axşam saat 21 radələrində yaşadığım evdə spirtli enerji içkisi qəbul etdikdən sonra həyətə düşəndə Riyadla qarşılaşdım və Əmrahdan nəyə görə məni söydüyünü aydınlaşdırmaq üçün getmək istədiyimi bildirdim. Riyad da mənimlə bərabər gəldi.

Qarabağ küçəsində eyni yerdə xidmət aparan Əmraha yaxınlaşaraq görüşdük. “Ötən gün deyirdin içkiliydim, bilməmişəm, söymüşəm, indi ayılmısan. Gəlmişəm soruşam ki, bəlkə səhv məndə olub deyə məni söymüsən?” dedim. Əmrah yenə də “üzrlü say” dedi. Onun sinəsindən geri itələdim, “yeri, çıx get” dedim. Bundan sonra Bakı şəhərinə getmək üçün yola çıxdım”.

Təqsirli bilinən şəxs ifadəsində göstərib ki, hadisənin baş verməsinə səbəb Əmrahın onun və Riyadın ünvanına telefon vasitəsilə nalayiq ifadələr işlətməsi olub. Onun sözlərinə görə, hər iki hadisə zamanı Əmrahı boğaz və sinə nahiyəsindən itələyib, Riyadın Əmirahı vurmağını görməyib.

"Aramızda narazılığımız olmayıb"

Digər təqsirli bilinən Riyadın sözlərinə görə, öz dolanışıqlarını təmin etmək məqsədilə 2024-cü ilin dekabr ayından Şuşa şəhərində MMC-də mühafizəçi işləyir: “Qəbələ rayon sakini Əmrahı həmin ilin oktyabrın ayından tanıyıram. Əmrah Şuşa şəhərində avtomobillərin yuyulma sexində yuyucu, MMC-də isə mühafizəçi işləyirdi. Münasibətlərimiz yaxşıydı, aramızda narazılığımız olmayıb”.

Riyad daha sonra ifadəsində hadisə barədə danışıb və bildirib ki, axşam vaxtlarında Nihadla birlikdə Xankəndi şəhərinə getmək üçün iş yoldaşı olan Ayxanın avtomobili ilə Xankəndi postuna tərəf gedib. Nihad yolüstü Şuşa şəhəri, Qarabağ küçəsində xidmətdə olan Əmrahla görüşmək istədiyini bildirib:

“Ayxana avtomobili Əmrahın xidmətdə olduğu əraziyə tərəf idarə etməyini xahiş etdim. Nihad Əmrahla ötən günü görüşərək
söhbət edəndə onun içkili olduğunu, səhərisi gün söhbət etmək istədiyini dediyini bildirdi. Biz Əmrahın yanına gedəndən sonra Nihad onu kənara çəkdi, onlar söhbət etdilər. Mən isə Ayxanla kənarda gözlədim. Sonra Nihadla Əmrahın sözlə mübahisə etdiklərini eşitdik və onlara yaxınlaşdıq. Bundan sonra Nihadı aralaşdıraraq apardım. Sonra Nihad Xankəndi şəhərinə gedəcəyini deyərək məndən ayrıldı”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əmrahın sözlərinə görə, Qəbələ rayonun Dandıq kəndində anası ilə birlikdə yaşayır: “Öz dolanışığımızı təmin etmək məqsədilə 2024-cü ilin avqust ayından Şuşa şəhərində " MMC-də mühafizəçi işləyirəm. Şuşa şəhərində yaşayan Riyadı işə düzələndən sonra tanımışam. Riyad da mənim kimi MMC-də mühafizəçi işləyir. Riyad ilə iş yoldaşı kimi münasibətlərimiz yaxşı olub”.

"Üzr istəyirəm"

Əmrahın bildirdiyinə görə, hadisə günü saat 23 radələrində Şuşa şəhəri, Qarabağ küçəsində, “Yuxarı Gövhərağa” məscidinin qarşı tərəfində yerləşən yeni yaşayış massivində mühafizə xidmətində olarkən iş yoldaşı Riyad əvvəlcədən tanıdığı Nihad ilə birlikdə onun yanına gəliblər: “Biz söhbət edən zaman Nihad dostu tərəfindən pul göndərildiyini, pulu çıxarmaq üçün kart lazım olduğunu dedi. Mən öz kartımı Nihada verdim. Bank kartının proqramı telefona yükləndiyindən mobil telefonumu da Nihada verdim. Riyad və Nihad pulu çıxarmaq üçün marketə tərəf getdilər və təxminən yarım saat sonra qayıtdılar. Nihad və Riyad gəldikdən sonra mobil telefonumda ünvanlarına dediyim nalayiq sözlərə qulaq asdıqlarını dedilər. Mən konkret onların adını çəkmədiyimi, ümumi söydüyümü, heç birinə aidiyyəti olmadığını və yaxşı edərək söydüyümü bildirdim. Həmin vaxt Nihad və Riyadla yeni inşa edilən yaşayış massivinin girişində aramızda yaranmış mübahisə zamanı əvvəlcə Nihad əli ilə sifət nahiyəmdən 2 dəfə, sonra isə Riyad əli ilə sağ sifət nahiyəmdən vurdu. Riyad və Nihada “mən əgər sizə söydüyümü başa düşürsüzsə, onda sizdən üzr istəyirəm” dedim. Bundan sonra Nihad və Riyad aralaşaraq gedən zaman iş yoldaşım Ayxan öz avtomobili ilə xidmətdə olduğum yerə gəldi. Sifət nahiyəmdə qızartı və şişkinlik olduğunu görərək səbəbini soruşdu. Mən baş vermiş hadisə barədə Ayxana danışdım. Aramızda anlaşılmazlığın aradan qalxdığını dedim. Həmin vaxt Nihad və Riyad da yaxınlaşaraq narazılığın aradan qalxdığını bildirdi. Hər ikisi Ayxandan onları apararaq düşürtməyi xahiş etdilər”.

"Polisə şikayət etdim"

Əmrah qeyd edib ki, həmin günü səhəri, saat 21 radələrində yenə də xidməti ərazidə xidmətdə olarkən Nihad və Riyad birlikdə Ayxanın avtomobilində onun yanına gəliblər: “Nihad maşından düşdükdən sonra mənimlə işi oldğunu dedi və “Köhnə bazar” tərəfə çağırdı. Birlikdə söhbət edə-edə bazarın giriş qapısına tərəf gedəndə Nihad ünvanına söydüyümün səbəbini öyrənmək istədiyini məndən soruşdu. Nihada bu söhbəti əvvəlki gün bitirdiyimizi dedimr. Bu zaman Nihad mənimlə mübahisə etməyə başladı. Yaxamdan tutan zaman Riyad da yanımıza gəldi və mənə “səninlə çörək kəsmişəm, ona görə səni vurmuram” dedi, Nihadın tərəfini saxladı. Bu vaxt Ayxan gəldi və Nihadı aralaşdırdı. Bundan sonra Şuşa Rayon Polis Şöbəsinə döyülməm barədə ərizə ilə müraciət etdim”.

Bu işə Şuşa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə təqsirli bilinən şəxslərin hər biri 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Geri qayıt