Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxsləri polis saxladı
Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxsləri polis saxladı21-04-2025, 12:46 |
![]() Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3567 manat oğurlanıb. Bu barədə "DİA-AZ"a DİN-dən xəbər verilib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar. Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Araşdırmalar davam etdirilir. Geri qayıt |