Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > İrandan Azərbaycan açıqlaması:
İrandan Azərbaycan açıqlaması:21-04-2025, 12:37 |
![]() İran xarici işlər naziri Abbas Əraqçi “Russia Today” telekanalına müsahibəsində Cənubi Qafqazdakı vəziyyət və Tehran-Moskva əməkdaşlığı barədə danışıb. Teleqraf xəbər verir ki, o, region üçün ən uyğun əməkdaşlıq variantının 3+3 formatı olduğunu bildirib. “Qafqaz regionunda siyasətimiz razılaşdırılıb, daim bir-birimizlə məsləhətləşirik. Artıq bu mexanizmin (3+3 formatının) iclasları keçirilib, amma Gürcüstandakı dostlarımızın hələ də müəyyən şübhələri var. Ümid edirəm ki, gələcək görüşlər zamanı bu şübhələr aradan qaldırılacaq. İran və Rusiyanın ortaq mövqeyi ondan ibarətdir ki, bu bölgənin problemləri ancaq region ölkələrinin iştirakı ilə həll oluna bilər”, - Əraqçi deyib. İran xarici işlər nazirinin fikrincə, xarici qoşunların bölgədə (Ermənistanda – red.) mövcudluğu bu regionun təhlükəsizliyinə heç bir töhfə verməyəcək: “Əksinə, zərərli olardı. Ona görə də biz inanırıq ki, Qafqaz ölkələrinin problemləri “3+3” formatı və ikitərəfli məsləhətləşmələr çərçivəsində həll oluna bilər”. Abbas Əraqçi Azərbaycan və Ermənistan arasında sülh sazişinə də toxunaraq, bunu dəstəklədiklərini və onun imzalanması ilə regionun yeni mərhələyə qədəm qoyacağına inandıqlarını qeyd edib: “İran və Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına sevinir. Ümid edirik ki, tezliklə imzalanacaq. İnanırıq ki, bu razılaşma ilə regionda yeni səhifə açılacaq, iqtisadi, siyasi və sair əlaqələr daha aydın şəkil alacaq”. Geri qayıt |