Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalından həbs edildi
Əsas Səhifə > Güney Press > Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalından həbs edildi

Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalından həbs edildi


21-04-2025, 09:12
Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalından həbs edildi
Siyəzən Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nihad Mayılovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, Nihad Mayılov qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan MMC-lərin birində satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyib. O, Siyəzən rayonunun ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 02 mart 2022ci il tarixdən 01 avqust 2023-cü il tarixədək olan müddət ərzində, öz sifarişi ilə şirkətin Quba rayonunda yerləşən anbarından qida və qeyri-qida məhsullarını təhvil alıb. Sonra Nihad həmin məhsulları Siyəzən rayonunun ərazisindəki MMC ilə ticarət münasibətlərində olan obyektlərə sataraq əldə olunmuş 31 235,93 manat məbləğində pulu mənimsəyib.

Geri qayıt