Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Keçmiş məcburi köçkünlərin reinteqrasiya tədbirlərinə 3 milyon manata yaxın vəsait ayrıldı
Əsas Səhifə > Güney Press > Keçmiş məcburi köçkünlərin reinteqrasiya tədbirlərinə 3 milyon manata yaxın vəsait ayrıldı

Keçmiş məcburi köçkünlərin reinteqrasiya tədbirlərinə 3 milyon manata yaxın vəsait ayrıldı


21-04-2025, 08:47
Keçmiş məcburi köçkünlərin reinteqrasiya tədbirlərinə 3 milyon manata yaxın vəsait ayrıldı
Azərbaycanın azad edilmiş ərazilərində bərpa və quruculuq işləri uğurla davam etdirilməkdədir. Bu işlər çərçivəsində mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına geri dönürlər. Bir sözlə, Qarabağda həyat yenidən dirçəlir.

Trend-in əldə etdiyi məlumata görə, sözügedən addımların davamı olaraq əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkilinə də sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib.

Belə ki, qeyd olunan işlərin yerinə yetirilməsi ilə bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyi ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ictimai birliyə 2,9 milyon manat ödənilib.

Qeyd edək ki, görüləcək işlərin həvalə olunduğu ictimai birlik 2014-cü ildə dövlət qeydiyyatına alınıb. İctimai birliyin qanuni təmsilçisi Dadaşov Yasin Şirin oğludur.

Geri qayıt