Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Onların tarixi soyqırımları və cinayətlərdən ibarətdir”
“Onların tarixi soyqırımları və cinayətlərdən ibarətdir”20-04-2025, 12:23 |
![]() “Fransanın tarixi soyqırımları və cinayətlərdən ibarətdir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, rəsmi Paris üçün utancverici məqamlardan biri də bu cinyaətlərin gnümzdə də davam etdirilməsidir: “Fransanın XX əsrin sonlarına qədər dünyanın müxtəlif qitərlərində, xsusilə də Afrika və Cənubi-Şərqi Asiyada hansı cinayətlər törətdiyi, məzlum xalqların başına hansı müsibətlər gətirdiyi hər kəsə bəllidir. Kölə ticarəti, bir-birindən qanlı qətliamlar Fransa tarixinin ayrılmaz və utancverici bir hissədir. Lakin rəsmi Paris üçün daha utancverici sayılmalı olan bir həqiqət var ki, bu da məzlum xalqlara qarşı cinayətlərin bu gün də davam etdirilməsidir. Fransa günümüzdə dənişaşırı xalqlara, eləcə də bəzi Afrika xalqlarına zülm etməkdə, onların hüquq və azadlıqlarını boğmaqda davam edir. Bu, mədəniyyət və humanizmdən danışan Fransanın sözü və əməli arasındakı kəskin təzaddan xəbər verir. Hesab edirəm ki, yalnız Azərbaycan deyil, bütün demokratik, humanist dövlətlər Fransanın bu cinayətlərini ifşa etməli, Parisin təcavüzkar siyasətinə qarşı mübarizədə həmrəylik sərgiləməlidir”. Geri qayıt |