Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > ABŞ Rusiyanı sevindirəcək qərar verməyə hazırlaşır
ABŞ Rusiyanı sevindirəcək qərar verməyə hazırlaşır19-04-2025, 13:00 |
![]() “ABŞ hökuməti Moskva və Kiyev arasında imzalanacaq sülh sazişinə əsasən Krımı Rusiyanın tərkib hissəsi kimi tanımağa hazırdır”. Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Bloomberg” öz mənbələrinə istinadən çıxış edib. Nəşrə danışan mənbənin sözlərinə görə, belə bir addım ABŞ Prezidenti Donald Trampın münaqişənin həllinə töhfə verməyə hazır olduğuna dair Kremlə “son siqnal” ola bilər. Məlumata görə, Krımla bağlı hələlik yekun qərar verilməyib, müzakirələr gedir, lakin detallar məlum deyil. “Bloomberg” yazır ki, aprelin 17-də Parisdə ABŞ, Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri arasında keçirilən görüşdə Vaşiqnton müttəfiqlərinə Rusiya-Ukrayna müharibəsinin həllinə dair plan təklif edib. Burada hərbi əməliyyatlar zamanı Rusiyanın ələ keçirdiyi onun tərkibində qalması və Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi nəzərdə tutulur. Geri qayıt |