Əsas Səhifə > Güney Press > Ermənilər yenə də mövqelərimizi ATƏŞƏ TUTUB
Ermənilər yenə də mövqelərimizi ATƏŞƏ TUTUB19-04-2025, 09:09 |
![]() Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə "DİA-AZ"a Müdafiə Nazirliyindən xəbər verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Geri qayıt |