Əsas Səhifə > Güney Press > Təhsil xərcləri 125 milyon manatdan çox artırılacaq

Təhsil xərcləri 125 milyon manatdan çox artırılacaq


15-04-2025, 18:05
Təhsil xərcləri 125 milyon manatdan çox artırılacaq
Gələn il üçün proqnozlaşdırılan təhsil xərclər məlum olub.

APA-nın xəbərinə görə, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 5 milyard 063 milyon 152.6 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 126 milyon manata yaxın, yaxud 2,5 faiz çoxdur. 2025-ci ildə təhsil sahəsinə 4 milyard 937 milyon 283,2 min manat ayrılması nəzərdə tutulub.

Təhsil xərcləri 2027-ci ildə 5 milyard 139 milyon 003.6 min manat, 2028-ci 5 milyard 220 milyon 534.5 min manat, 2029-cu ildə 5 milyard 302 milyon 474.5 min manat olacaq.

Geri qayıt