Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ədliyyə Nazirliyinin sabiq əməkdaşı özünü təqsirli bilmədi
Ədliyyə Nazirliyinin sabiq əməkdaşı özünü təqsirli bilmədi15-04-2025, 16:12 |
![]() Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Ayxan Novruzov ifadəsində özünü təqsirli bildiyini deyib: "Elan olunan ittiham üzrə özümü təqsirli sayıram. Gənc olmuşam, bir səhv etmişəm. Zərərçəkənlərə dəymiş ziyanı ödəmişəm və onlarla barışıq əldə olunub. Düşünürəm ki, artıq zərərçəkən qalmayıb. Əgər unutduğum biri varsa və ya əlavə nəsə tələb olunursa, onu da ödəməyə hazıram”. Prosesdə ifadə verən zərərçəkmiş Oqtay Qurbanov bildirib ki, təqsirləndirilən şəxslə barışıq əldə olunub, ona dəymiş 1200 manat ziyan tam ödənilib: “O, mənə dəymiş ziyanı tam şəkildə ödəyib. Hazırda heç bir şikayət və tələbim yoxdur. Hətta sağ olsun, özü mənimlə əlaqə saxladı və hər cür kömək etməyə hazır olduğunu dedi. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız”. Məhkəmə prosesi mayın 13-də davam edəcək. Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon icra şöbələrindən birində icra məmuru vəzifəsində çalışmış Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham olunur. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Ayxan Novruzova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Geri qayıt |