Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ortaq təhlükəsizlik üçün parlament əməkdaşlığı vacibdir
Ortaq təhlükəsizlik üçün parlament əməkdaşlığı vacibdir15-04-2025, 13:03 |
![]() "TÜRKPA çərçivəsində həyata keçirilən tədbirlər təkcə ölkələrimiz arasında daxili deyil, həm də regional sabitlik və təhlükəsizliklə bağlı da mühüm əhəmiyyət kəsb edir". Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib. O bildirib ki, təhlükəsizlik minimal təhdidlər deyil, transsərhəd, təbbi fəlakətlər, qeyri - qanuni miqrasiya və hibdir təhdidlərə qarşı da birləşəməyimizi zəruri edib: "Bu baxımdan, sahib olduğumuz tarix, mədəniyyət və dil təhlükəsizlik sahəsində daha yaxşı əməkdaşlıq etməyimiz üçün üstünlük yaradır”. "Bu gün türk dünyasının bir hissəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərməyimizi daha zəruri edir. Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası arasında oynadığı rol mühüm bir elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu konteksdə ölkələrimizin parıamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir", - deyə əlavə edib. Geri qayıt |