Əsas Səhifə > Güney Press > Sabahın havası: Yağış, sel... leysan...

Sabahın havası: Yağış, sel... leysan...


15-04-2025, 12:36
Sabahın havası: Yağış, sel... leysan...
Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir.

Bu barədə "DİA-AZ"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9В° isti, gündüz 10-12В° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9В° isti, gündüz 9-14В° isti, dağlarda gecə 3-8В° şaxta, gündüz 0-3В° şaxta olacaq.

Geri qayıt