Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etməməkdə haqlıdır
Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etməməkdə haqlıdır12-04-2025, 11:34 |
![]() Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcək. Dövlət başçısı bunun səbəbini Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə izah edib. Məsələni şərh edən sabiq deputat, hüquqşünas Çingiz Qənizadə Modern.az-a bildirib ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-da iştirak etmədiyi halda Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarları nə üçün tanımalıdır: "Mən vaxtilə nümayəndə heyətimizin tərkibində AŞ PA-da olarkən, orada bəzi deputatların fəaliyyətini görmüşəm. Onlarla bəzi müzakirələr aparmışıq və nəyisə sübut etmək çox çətin olub. Onlar bir neçə mənbədən informasiya alıb - onları maliyyələşdirən mənbələrin mövqeyini nümayiş etdirirlər. Bu da AŞ PA-nın imicinə ciddi zərbə vurur. Həyazıscasına ölkəmiz əleyhinə qərar verməkdən çəkinmirlər. Onlar min kilometrlərlə uzaqdan başqa fikirlər səsləndirirlər. Bakıda mühakimə olunan erməni separatçılarının fikirləri bir kənarda qalıb, fərziyyələrlə fikirlər irəli sürürlər. Eyni zamanda ermənilərin geri qayıdışları ilə bağlı məsələlər onları narahat edir. Bəs 30 il müddətində məcburi köçkün həyatı yasayan azərbaycanlıların müraciətinə niyə baxılmırdı? Yaxşı xatırlayıram, bir dəfə AŞ PA-nın hüquq komitəsində Krımla bağlı məsələ müzakirə ediləndə Qarabağa dair problemi gündəmə gətirmək istədim. Dərhal da komitə sədri qeyd etdi ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. O zaman indi siz kimsiniz ki, burada mühakimə olunan ermənilərin məsələsini səsləndirirsiz? Bütün bunlarla bir daha AŞ PA göstərir ki, Azərbaycana olan münasibəti dəyişməyib. Qərəzli olduqları açıq görünür. Erməni lobbisinin təsiri altında maliyyələşən AŞ PA-nın üzvü olan deputatlar hələ də Azərbaycana qarşı çirkin qarayaxma kampaniyasından istifadə edirlər. Belə hesab edirəm ki, Azərbaycan AŞ PA-ya qarşı münasibətdə çox haqlı mövqedədir. Gələcəkdə nə baş verəcəyini görəcəyik. Bu baxımdan da hesab edirəm ki, baş verən hadisələrdə günah AŞ PA-nın öz üzərinə düşür", - Ç.Qənizadə qeyd edib. Geri qayıt |