Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Qarabağdakı qəbiristanlıqlarımızın bir yerdən başqa yerə köçürülməsinə də yol vermək olmaz"
Əsas Səhifə > Güney Press, Partiya > "Qarabağdakı qəbiristanlıqlarımızın bir yerdən başqa yerə köçürülməsinə də yol vermək olmaz"

"Qarabağdakı qəbiristanlıqlarımızın bir yerdən başqa yerə köçürülməsinə də yol vermək olmaz"


11-04-2025, 06:17
"Qarabağdakı qəbiristanlıqlarımızın bir yerdən başqa yerə köçürülməsinə də yol vermək olmaz"
Məlum olduğu kimi, torpaqlarımızın işğaldan azad edilməsi prsosesinin başlanmasından keçən son 4 ildən çox müddətdə azad edilmiş ərazilərimizdə yüzlərlə həm hərbçimiz, polisimiz, həm də mülki vətəndaşımız həlak olub, yaxud ömürlük şikəst qalıb. Deyilən müddətdə bir sıra partlayış hadisələri məhz elə qəbirlərin ziyarəti zamanı baş verib... Bəlkə müvafiq qurumlar qarşısında ayrıca işğaldan azad ərazilərdəki bütün qəbiristanlıqlarımızın mina yoxlanışından keçməsi məsələsini daha ciddi şəkildə qaldırmaq lazımdır? Çünki həmin torpaqlarda insanlarımızın ilk getdiyi məkanlardan biri də doğmalarının dəfn olunduğu məzarlıqlardır...

Mövzu ilə bağlı Azad Vətən Partyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“İşğaldan azad edilmiş torpaqlarımızdakı qəbiristanlıqların nəinki minalardan təmizlənməsi, ümumiyyətlə, bərpası məsələsi də gündəmdədir. Keçmiş məcburi köçkün soydaşlarımızın köçürüldüyü bir sıra yaşayış məntəqələrində artıq bir neçə məzarlıq bərpa olunub. Bu günlərdə “Ağdama qayıdış” ictimai birliyi də Ağdam rayonu ərazisində bu məsələni ciddi şəkildə gündəmə gətirib. İlk növbədə Ağdam şəhəri yaxınlığındakı məşhur Qarağacı qəbirisitanlığının tam şəkildə təmizlənməsi, bərpası və soydaşlarımızın təhlükəsiz istifadəsinə verilməsi nəzərdə tutulur. Yəni artıq yalnız həmin məzarlığın rahat ziyarətinə yox, eyni zamanda Ağdam sakinlərinin dünyasını dəyişmiş doğmalarının, qohumlarının, işğaldan əvvəlki dövrlərdə olduğu kimi, orada dəfn edilməsinə şərait yaradılacaq...

Eyni zamanda bizim də, Azad Vətən Partiyası olaraq iştirak etdiyimiz və qaldırdığımız məsələ ondan ibarətdir ki, yalnız bir neçə yox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqların hər biri ilə bağlı belə minadan təmizlənmə və bərpa tədbirləri görülməlidir...

Və yeri gəlmişkən, onu da vurğulayım ki, işğaldan azad torpaqlarımızdakı müəyyən tikinti işləri, yol çəkilişləri və s. zamanı qəbiristanlıqlarımızın bir yerdən başqa yerə köçürülməsinə də yol vermək olmaz, çünki onlar tariximizin ayrılmaz bir parçasıdır. Onlar yaşanmış yüzilliklərin, minilliklərin izləridir, xalqımızın bu torpaqlarda yaşamının danılmaz sübutudur. Ona görə də ciddi, strateji dövləti layihələr istisna olmaqla maksimum dərəcədə məzarlıqların yerinin dəyişdirilməsinə imkan verilməməlidir...

Və qeyd etdiyiniz kimi, ilkin mərhələdə işğaldan azad torpaqlarımızdakı qəbiristanlıqlarımızın əsas hissələri minalardan tam təmizlənməli, məzarların yeri, kimlərə məxsusluğu birmənalı şəkildə müəyyənləşdirilməlidir. Eyni zamanda vaxtilə qəbiristanlıqlar üçün ayrılmış məkanlardakı boş yerlər də təmizlənməlidir ki, artıq o torpaqlarda yaşayacaq insanların rəhmətə gedənlərinin orada dəfn olunması üçün şərait yaradılsın. Və tədricən bütövlükdə qəbiristanlıqlarımızın bütün əraziləri minalardan təmizlənməlidir...

Məndə olan məlumata görə, artıq işğaldan azad torpaqlarımızdakı məzarlıqlarımızın bir xeylisi minalardan təmizlənib. Mən öz doğma kəndimizə - Ağdam rayonunun Papravənd kəndinə ilk dəfə gedəndə bizi polislə yanaşı, mina axtaran da müşayiət edirdi. Və onlar da deyirdilər ki, artıq qəbiristanlıqda təmizlənmə işləri aparılıb, sadəcə biz ehtiyat üçün gəlirik. Artıq ikinci dəfə kəndimizin məzarlığına özümüz getdik və demək olar ki, bütün ərazini gəzdik, heç bir təhlükə ilə rastlaşmadıq. Amma yoxlanılmış qəbiristanlıqlar yenə də ehtiyat üçün daha dəqiqliklə yoxlanılsa, yaxşıdır. Çünki orada hətta baş daşlarının diblərinə də partlayıcılar yerləşdirilə bilər. Ona görə ki, məkrli düşmənlərimiz Azərbaycan xalqının öz qəbirlərinə necə həssaslıqla yanaşdığını yaxşı bilirlər və mütləq hansısa məzarlıqlarda neçə-neçə qəbiri bizlər üçün bir tələyə çeviriblər. Odur ki, o torpaqlardakı qəbirlərimizin hər biri, onların hər metri, hər qarışı imkan daxilində dəqiqliklə yoxlanılmalıdır. Ümid edirik ki, müvafiq dövlət və hökumət qurumları öz fəaliyyətlərində dediklərimizi mütləq nəzərə alacaqlar...”
Geri qayıt