Əsas Səhifə > Güney Press / Ana xəbər > Leyla Yunus haqqında reportaja görə jurnalisti deportasiya olunub
Leyla Yunus haqqında reportaja görə jurnalisti deportasiya olunub1-05-2014, 12:23 |
![]() Fransanın İTL telekanalının Moskva bürosunun reportyoru İrina Voloşina bu gün Bakıdan deportasiya edilib. O, hüquq müdafiəçisi Leyla Yunusun haqqında televiziya reportajı hazırlamaq məqsədilə səhər saat 5:00 reysilə Moskvadan Bakıya gəlib. Sərhəd nəzarətinə çatmadan onu saxlayaraq təkrar təyyarəyə göndəriblər və heç bir açıqlama verməyiblər. İ.Voloşina səhər saat 10:00 reysilə Moskvaya yola salınıb. Bu barədə Turan-a Leyla Yunus bildirib. Belə ki, fransalı reportyor onunla telefon əlaqəsi saxlayıb. Qeyd edək ki, İ.Voloşinanın Fransa vətəndaşlığı var. Geri qayıt |