Əsas Səhifə > Güney Press / Ana xəbər > Təhsil Nazirliyindən özəl ali məktəblərə qadağa

Təhsil Nazirliyindən özəl ali məktəblərə qadağa


1-05-2014, 12:15
Təhsil Nazirliyindən özəl ali məktəblərə qadağa
“Tələbə qəbulu planında 2014-2015-ci illər üzrə ali məktəblərin bakalavr və magistratura səviyyələrində dəyişikliklər edilib.”

SalamNews xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, ötən tədris ilininin tədris planı bu il üçün 12.9 faiz olub: “Bu il plan 2 dəfə azaldılıb. Bunun hesabına bu il əyani şöbələrə qəbul 13 faiz artırılıb. Qiyabi təhsil planı isə 2 dəfə azaldılıb və bu yerlərin çoxu əyani təhsilə ayrılıb. Özəl ali məktəblərə qiyabi təhsil üzrə qəbul dayandırılıb. Azərbaycan İctimai-Siyasi Universitetinə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına qiyabi təhsil üzrə qəbul planı verilməyib. Pedoqoji təhsi üzrə qəbul planı yalnız Xəzər, Qafqaz və Bakı Qızlar Universitetlərinə verilib.”

Geri qayıt