Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısı nədən reket jurnalistləri qardaş sayır?

İcra başçısı nədən reket jurnalistləri qardaş sayır?


30-04-2014, 17:31
İcra başçısı nədən reket jurnalistləri qardaş sayır?
“Mən niyə təvazökarlıq eləməliyəm ki?! Olanı deyirəm. Reket jurnalist qardaşlarımız mənə mükafat veriblər. Düzdür, bir az xərcim də çıxıb, amma onlar pis adamlar deyillər”. “Axar.az” xəbər verir ki, bu sözləri aprelin 23-də Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilən görüşdə deyib. İcra başçısı mətbuatla münasibətlərindən danışarkən reket jurnalistlərə təşəkkür etdiyi məqamda KİV DF rəhbəri Vüqar Səfərli onu saxlamağa çalışıb ki, belə ifadələr işlətmək olmaz. Çünki reket jurnalistlər obyektiv olmurlar. A.Vəliyev isə cavabında bildirib: “Mən niyə təvazökarlıq eləməliyəm ki?! Olanı deyirəm. Reket jurnalist qardaşlarımız mənə mükafat veriblər. Düzdür, bir az xərcim də çıxıb, amma onlar pis adamlar deyillər”. Onun bu çıxışı zalda oturan jurnalistlərin gülüşünə səbəb olub. İcra başçısının “reket jurnalist qardaşlarımız” ifadəsi isə internet portallarında, sosial şəbəkələrdə ən çox paylaşılan statusdur. Məsələyə aydınlıq gətirmək üçün icra başçısının köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. Köməkçi “Axar.az”a açıqlamasında faktı nə təsdiq, nə də təkzib etdi. M.Mahmudov sözügedən tədbirdə iştirak etmədiyini və bu məsələdən məlumatsız olduğunu qeyd etdi: “Ona görə də bu haqda sizə heç bir söz deyə bilməyəcəm”.

Geri qayıt