Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırıb
Əsas Səhifə > Güney Press > Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırıb

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırıb


27-03-2025, 00:31
Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırıb
Fransa Ukraynaya əlavə 2 milyard avro hərbi yardım ayıracaq.

APA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Makronun sözlərinə görə, bu pullar Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına yönəldiləcək.

"Bunlar "Milan" tank əleyhinə raketləri, "Mirage", "Mistral" yerüstü müdafiə raketləri ilə təchiz edilmiş "Misa" hava hücumundan müdafiə raketləri üçündür. Bunlar həm də Ukraynaya zirehli maşınlar kimi cəbhəni saxlamağa imkan verəcək vasitələr üçündür. Bunlar silah-sursat, o cümlədən uzaqdan idarə olunan döyüş sursatları üçündür. Bu, həm də müdafiə müəssisələrimizlə tərəfdaşlıq sayəsində Ukraynada avadanlıq istehsalı üçündür", - Makron bildirib.

O, həmçinin Donald Trampın Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək niyyətlərini dəstəklədiyini bildirib.

Makron bildirib ki, Səudiyyə Ərəbistanında aparılan danışıqlar müharibənin daha geniş şəkildə sona çatması üçün ilk addım ola bilər.

***

23:04

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisə gəlib.

APA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə Zelenski təhlükəsizlik məsələləri üzrə sammitini (istəklilər koalisiyası) hazırlamaq üçün Fransa prezidenti Emmanuel Makronla görüşəcək.
Geri qayıt