Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək
Əsas Səhifə > Güney Press > “Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək

“Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək


26-03-2025, 12:48
“Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək
Rusiyanın “Red Wings” aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya birbaşa müntəzəm uçuşları bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

İlk uçuş aprelin 27-nə planlaşdırılıb.

Aviareyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək, təyyarə yerli vaxtla saat 16:20-də yola düşəcək, saat 21:40-da isə əks istiqamətdə uçacaq. Uçuş müddəti təxminən 3,5 saat təşkil edəcək.

Geri qayıt